Kilian Mbappe təltif edildi

PSJ-nin ulduz hücumçusu Kilian Mbappe “France Football” nəşri tərəfindən ötən mövsümün ən yaxşı fransız futbolçusu seçilib.

Arena.az bu barədə nəşrin rəsmi bəyanatına əsasən məlumat verir.

Mbappe müvafiq təltifə üçüncü dəfə layiq görülərək.

Fransa yığmasının sabiq müdafiəçisi Alen Jireslə bərabərləşib. İndi Mbappe mükafatın ikiqat qalibləri olmuş məşhur fransalı futbolçular – Mişel Platini, Jan-Pyer Papin, Zinəddin Zidan və Frank Riberini qabaqlayır.

Müvafiq mükafata ən çox layiq görülmüş futbolçu isə “Arsenal”ın sabiq hücumçusu Tyerri Anridir – 5 dəfə. Kərim Benzemanın hesabında 4 təltif var.

Geridə qalmış 2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və çempionatın ən yaxşı oyunçusu seçilib.

Bundan əlavə, Mbappe 2022-ci ildə Qədərdə keçirilmiş dünya çempionatında 8 qol vurmaqla, mundialın bombardiri adını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: