“Real”ın 26 yaşlı fransalı ulduz hücumçusu Kilian Mbappe 2025/2026-cı futbol mövsümü ilə bağlı şərh paylaşıb.
Arena.az məlumat verir ki, Mbappe bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazıb:
“Yeni mövsümdə nəsə möhtəşəm bir iş ərsəyə gətirmək istəyindəyik. Gəlin, bunu bilikdə edək, madridlilər! İrəli, “Real”, irəli Madrid!”, – Kilian Mbappe paylaşıb.
Xatırladaq ki, ötən mövsüm “Real” üçün uğursuz keçib. “Real” mövsümə UEFA Super Kubokunu (2024) qazanmaqla başlayıb, ardınca isə FIFA Qİtələrarası Kubokda (2024) zəfər əldə edib. Amma sonra İspaniya nəhənginin işləri heç də yaxşı getməyib. “Real” İspaniya Kral Kubokunuda, İspaniya Super Kubokunda və İspaniya La Liqasında qənimətləri birbaşa olaraq əzəli rəqibi “Barselona”ya uduzub. Bu mənzərədə “Real” “El-Klasiko” çərçivəsində “Barselona”ya bütün oyunlarda – 4 dəfə məğlub olmaqla diqqət çəkib. Çempionlar Liqasında “Real”ın yolunu çərək final mərhələrində “Arsenal” kəsib (səfərdə 0:3, evdə 1:2). 2025-ci il FIFA Klub Dünya Kubokunun yarımfinalıda isə “Real” Fransa nəhəngi PSJ-yə 0:4 hesabı ilə məğlub olub və mövsümü gözlənilənlərin əksinə başa vurub.


