Klopp: “Bu, ən əla kubok oyunu idi”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunun 1/8 finalında “Bornmut” üzərində qələbəsi (2:1) haqda danışıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu, ən yaxşı, ən əla kubok oyunudur. Bütün məsələ qalib gəlməkdədir, məsələ ondadır ki, sona qədər keçəsən. Bu gün yaxşı məqamlar oldu, mən şərait haqqında danışmamalıyam, çünki siz bunu özünüz görmüsünüz. Hər iki komanda üçün həqiqətən çətin idi. Birinci hissədə daha çox qol vura bilərdik, amma alınmadı. İkinci hissədə, görünür, daha çox qol vurmağın yaxşı olacağını anladıq.

İkinci qolumuzu vurduq, gözəl qoldur, sonra həqiqətən çox mübarizə apardıq. Hər iki komanda qalib gəlmək istəyirdi, amma mən də öz komandamı gördüm – biz bunu nə qədər istəyirdik və mən buna çox şadam. Bu, qəribə, qeyri-adi şəraitdə Kubokun ən yaxşı oyunu idi”, deyə Klopp bildirib.

Nöbvəti mərhələdə, 1/4 finalda “Liverpul” “Vest Hem”lə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: