Kolumbiyalı fanatlar Brazilya ilə oyunu təxirə salmağı tələb etdilər

Kolumbiyalı futbol azarkeşləri İngiltərənin “Liverpul” klubunun hücumçusu Luis Diasa dəstək və həmrəylik nümayiş etdiriblər.

Arena.az “Daily Mail”ə istinadən məlumat verir ki, azarkeşlər Diasın atasını oğurlayaraq qaçırmış kəslərin onu geri qaytarmayacağı halda, Kolumbiya yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinə qarşı keçiriləcək oyununun təxirə salınması tələbi ilə çıxış ediblər.

Bildirilir ki, ötən gecə Kolumbiya prezidentliyinə keçmiş namizəd Roy Barreras 100-ə yaxın həmyerlisini toplayıb və əgər Luis Diasın atası Manuel Dias hələ də Milli Azadlıq Ordusunun (ELN) əlindədirsə, qarşıdakı Kolumbiya – Braziliya oyununun dayandırılması tələbi ilə çağırış edib. “Brayton”un qadınlardan ibarət komandasının kolumbiyalı futbolçusu Corelin Karabalinin də siyasətçini dəstəklədiyi vurğulanır.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda, ata Diası qaçıranların bəyanatı yayılmışdı. Orada qocanın yaxın vaxtlarda evə qaytarılacağı haqda məlumat verilmişdi.

Kolumbiya yığması ilə Braziliya millisinin oyununun təqvim üzrə noyabrın 17-də keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: