Konate: “Azərbaycan millisinə müsbət mənada təəccübləndik”

Futbol üzrə Fransa millisinin müdafiəçisi İbrahima Konate Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

“Liverpul”un müdafiəçisi bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Sabah kapitan olub-olmayacağımı bilmirəm. Bunu baş məşqçidən soruşmaq lazımdır. Azərbaycanla oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır.

Azərbaycanla matçda qapıda kimin dayanacağını da bilmirəm. Bu, məndən asılı deyil. Baş məşqçi bilir. Qapıçılarımızın hamısı keyfiyyətlidirlər. Ümid edirəm ki, Luka Şevalye sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisini uğurla təmsil edəcək”.

Konate Parisdə 3:0 hesabıyla qalib gəldikləri matçda Azərbaycana qarşı çətinlik çəkdiklərini etiraf edib:

“Bəli, səmimi olacağam, Azərbaycanla oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Parisdəki görüşdə Azərbaycan millisinin çıxışına müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısınız. Oyundan zövq almalısınız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

Bakı gözəl şəhərdir. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi ilk oyunda 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: