Konfrans Liqasında 1/4 final mərhələsinə start verilir

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.

Günün ilk oyunu İngiltərə təmsilçisi “Çelsi” ilə Polşanın “Legiya” komandası arasında baş tutacaq. Qarşılaşma Polşada təşkil olunacaq.

İtaliyanın “Fiorentina” komandası isə Sloveniyada “Çelye”nin qonağı olacaq.

Avstriya “Rapid”i İsveçdə “Yuroqrden”lə qarşılaşacaq. Turnirin favoritlərindən hesab olunan “Betis” isə doğma meydanda Polşa “Yagelloniya”sını qəbul edəcək.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.

Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
10 aprel

20:45. “Legiya” (Polşa) – “Çelsi” (İngiltərə)
23:00. “Betis” (İspaniya) – “Yagelloniya” (Polşa)
23:00. “Çelye” (Sloveniya) – “Fiorentina” (İtaliya)
23:00. “Yurqorden” (İsveç) – “Rapid” (Avstriya)

Xəbəri sosial şəbəkələrdə paylaş: