Futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu, ötən gecə keçirilmiş 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra bəlli olub.
Yarışın əsas favoriti “Çelsi” (İngiltərə) finala vəsiqə uğrunda İsveç klubu “Yurqorden”lə mübarizə aparacaq. Digər cütdə isə İtaliyanın “Fiorentina” və İspaniyanın “Betis” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunların mayın 1-də keçiriləcək. Cavab matçları isə bundan bir həftə sonra təşkil olunacaq.
Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
1 may
“Betis” (İspaniya) – “Fiorentina” (İtaliya)
“Yurqorden” (İsveç) – “Çelsi” (İngiltərə)
Yarımfinalın cavab oyunları
8 may
“Fiorentina” (İtaliya) – “Betis” (İspaniya)
“Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç)