Korona: “İnter”də gey futbolçu var”

Bəzi futbolçuların qanunsuz mərc qoyuluşları haqda dəlil-sübutları olduğunu iddia etmiş insayder Fabrisio Korona yeni iddia ilə gündəm olub.

Arena.az məlumat verir ki, məşhur insayder bu dəfə İtaliya nəhəngi “İnter”in heyətində gey futbolçunun olduğunu car çəkib:

“Mən artıq “Telegram” kanalımda qeyd etmişəm ki, bu, “İnter”in futbolçusudur, amma daha çox deyə bilmərəm. Əks halda məni xoşagəlməz fəsadlara salacaqsınız. İnanıram ki, bütün futbol klublarında homoseksual futbolçular var, amma bunu heç kim etiraf etmir”, – deyə “Tendenze Di Viaggio” Fabrisio Koronadan sitat gətirir.

Vurğulanır ki, hazırda “İnter”in və ya İtaliyanın hər hansı digər futbol komandasının heç bir futbolçusu homoseksual olduğunu açıq şəkildə bəyan etməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: