Kostantino Favasuli “Napoli”də!

“Katanzaro”nun italiyalı yarımmüdafiəçisi Kostantino Favasuli bundan sonra İtaliyanın digər klubu “Napoli”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Neapol klubunun rəsmi saytına istinadən xəbər verir.

“Napoli” 22 yaşlı futbolçunu “Katanzaro”dan icarəyə götürüb. Müqavilədə oyunçunun qarşıdakı mövsümün sonuna qədər məcburi satınalma şərti də nəzərdə tutulub.

Daha əvvəl yayılan xəbərlərə görə, icarə haqqı 1 milyon avro, məcburi satınalma məbləği isə 6,2 milyon avrodur. Transfer məbləğinin yarısını “Fiorentina” alacaq.

Kostantino Favasuli məhz “Fiorentina”nın yetirməsidir. O, “Ternana”, “Bari” kimi klublarda icarədə də olub. 2025-ci ildə isə “Katanzaro” yarımmüdafiəçini azad agent kimi heyətinə qatmışdı.

Favasuli “Katanzaro”nun heyətində 42 oyunda meydana çıxıb və 2 qol vurub.

İtaliyanın U-19 və U-21 yığmalarında da oynamış futbolçu bu il debüt etdiyi əsas millidə 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: