Koxalski və Zubir ÇL-in ən yaxşıları arasında!

“Qarabağ”ın futbolçuları Mateuş Koxalski və Abdullah Zubir UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ən yaxşıları arasında yer alıblar.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 2025/2026-cı illər mövsümü başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, komandanın qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı qolkiper yalnız Nikita Haykin (“Bodo Qlimt”), Tibo Kurtua (“Real”) və Uğurcan Çakırdan (“Qalatasaray”) geri qalıb.

Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalmış fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

Xatırladaq ki, “Qarabağ” geridə qalmış mövsümdə ÇL-in pley-off mərhələsinə qədər irəliləyib, burada İngiltərənin “Nyukasl” komandasına uduzub – 1:6, 2:3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: