Kris Hyuton istefaya göndərildi

Futbol üzrə Qana milli komandasının baş məşqçisi, İrlandiyadan olan 65 yaşlı mütəxəssis Kris Hyuton istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun belə qərar verməsinə yığmanın Afrika Millətlər Kubokunun qrup mərhələsindəki matçlarının heç birində qalib gəlməməsi səbəb olub. Qana millisi artıq pley-offa çıxmaq şansını itirib. Qana B qrupunda cəmi 2 xal toplamağı bacarıb və 3-cü yeri tutub. Qrup mərhələsinin ilk turunda Kabo Verde yığmasına 1:2 hesabıyla uduzan qanalılar Misir (2:2) və Mozambiklə (2:2) heç-heçə ediblər ki, bu da qrupdan çıxmaq üçün yetərli olmayıb.

Xatırladaq ki, Kris Hyuton 2023-cü ilin mart ayından Qana yığmasının baş məşqçisi idi. Onun Qana Futbol Federasiyası ilə 2024-cü ilin dekabr ayına qədər müqaviləsi var idi. Hyuton Qana yığmasını bütövlükdə 12 oyuna çıxarıb – 4 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət.

Hyuton karyerası ərzində “Nottingem Forest”, “Brayton”, “Norviç Siti”, “Birmingem Siti”, “Nyukasl”, “Tottenhem” kimi klublarda da çalışıb, İrlandiya yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: