“Kristiano Ronaldo maraq yaradır”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqal hücumçusu Kristiano Ronaldo liqa və klublarını necə dəyişdiyindən danışıb.

Arena.az bu barədə “Record”a istinadən məlumat verir.

  • Sizcə, top-futbolçular sizə görə Səudiyyə Ərəbistanına getdilər?
  • Yüz faiz. Bu, bir faktdır.
  • Effektin dərhal olacağını gözləyirdinizmi?
  • Düşündüm ki, buna bir il gərək olacaq, amma yarım il çəkdi. Altı ay qədər yanıldım. Amma mən bunun baş verəcəyini bilirdim, çünki mən ora köçəndə İtaliya A Seriyası ölmüşdü. Sonra yenidən dirçəldi. Kristiano harasa gedirsə, maraq yaradır, ona görə də hər şeyin belə olacağını bilirdim. Gələn mövsümdə Səudiyyə Ərəbistanına daha çox ulduzun gələcəyinə əminəm.

Xatırladaq ki, Kristiano Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib. Ulduz hücumçu 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə keçib. Geridə qalmış 2022/2023 mövsümündə Kristiano Ronaldo “Əl-Nəsr”in heyətində 169 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: