Kristiano Ronaldo: “Millidən getməyə hazırlaşmıram”

“Əl-Nəsr”in portuqal superulduzu Kristiano Ronaldo Portuqaliya yığmasında çıxışını bitirmək fikrində olmadığını bildirib.

Arena.az “Record” dərgisinə istinadən məlumat verir ki, Ronaldo yığma komandanın heyətində özünün futbol uzunömürlülüyü ilə qürur duduğunu bildirib:

  • Hazırda yığma komanda 2003-cü ildəkindən yaxşıdır?
  • Nə yaxşı, nə də pis, bu, yeni mərhələdir. Dəyişikliklər baş verəndə son illərdə görülən işləri kənara qoymadan, yeni üsulla işləyirsən.
    2003-cü ildən biz gözəl anlar yaşadıq, Dünya və Avropa çempionatlarının, UEFA Millətlər Liqasının final mərhələsinə çıxdıq. Bunlar komandaların keçdiyi normal mərhələlərdir. Mənim baxışıma görə, bu, çox yaxşı dövr idi.
    Xoşbəxtəm – hər şey yaxşı gedirdi, qollar vururdum. Davam etmək istəyirəm, mən özümü yaxşı oyunçu, faydalı hiss edirəm. Yığma komanda ilə 20 illik cizgiyə çatmaqdan qürur duyuram, çünki bu, futbol uzunömürlülüyünü göstərir. Buna nail olmaq çətindir, amma mən bunun mümkün olduğunu göstərdim”, deyə Ronaldo fəxrlə bildirib.

Kristiano Ronaldo 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 200 oyun keçirib, 123 qol vurub və 43 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq futbol rekordudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: