“Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo amerikan idman brendi “Nike” ilə sponsorluq müqaviləsini itirə bilər.
Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kristiano Ronaldo “Əl-Nəsr”in 0:5 hesabı ilə darmadağın olunduğu “Selta” ilə yoldaşlıq oyununda, “Nike”nin əsas rəqibi olan “Adidas” brendinin ayaq sipərləri ilə meydana çıxıb. Ehtimal edilir ki, bununla portuqal ulduz “Nike” ilə müqavilənin şərtlərini pozmuş ola bilər.
Kristiano Ronaldonun amerikan idman brendi ilə cari müqaviləsi 10 il müddətinə nəzərə tutulub. Portuqal ulduz bu müqaviləyə əsasən təxminən 170 milyon avro qazanır. Ulduz futbolçu 20 ildir ki, “Nike” ilə əməkdaşlıq edir.


