“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu Kristiano Ronaldonun oğlu Kristiano Ronaldo Junior Portuqaliya yığmasında debüt edib.
Arena.az məlumat verir ki, 14 yaşlı bala Ronaldonun debütü Portuqaliyanın 15 yaşa qədər yeniyetmələrdən ibarət yığmasının heyətində Xorvatiyada keçirilən beynəlxalq yarışda baş tutub.
Portuqaliyanın yeniyetləmələrdən ibarət yığması Yaponiyadan olan həmyaşıdlarını 4:1 hesabı ilə məğlub edib.
Bala Ronaldo oyunun gedişində meydana 54-cü dəqiqədə əvəzetmə ilə daxil olub, məhsuldar fəaliyyəti ilə diqqtə çəkməyib. Bala Ronaldo atası kimi “7” nömrəsi altında çıxış edib.
Bu əlamətdar hadisə münasibətilə ata Ronaldo övladı bala Ronaldonu təbrik edib:
“Portuqaliya yığmasında debütün münasibətilə təbrik edirəm, oğul! Səninlə çox qürur duyuram!”, – “Kriş” özünün “X” sosial şəbəkə hesabı üzərindən duyğusal məzmunlu qısa dərci ilə diqqət çəkib.


