Kristof Düqarri Luis Enrikeni “ağ yuyub, qara sərdi”

Təhlilçi çıxışları diqqət çəkən, Fransa yığmasının sabiq hücumçusu Kristof Düqarri PSJ-nin baş məşqçisi Luis Enrikeni sərt tənqid edib.

Arena.az “MaxiFoot” dərgisinə istinadən məlumat verir ki, Düqarri ispan mütəxəssisi PSJ-nin Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Nyukasl”a gözlənilməz, biabırçı məğlubiyyətinə (1:4) görə qınayıb:

“Luis Enrike səhvlər etdi, yanıldı. Mən onu tanıyıram. Onunla “Barselona”da işləmişəm. O, çox qürurludur və hədsiz dərəcədə eqoya sahibdir. Onun belə qalacağına zəmanət verirəm. O, belə şeyləri yapacaq və fikirləri ilə öləcək. Məncə, Luis Enrike öz oyunçularının əsl imkanını başa düşmür”, deyə Kristof Düqarri bildirib.

F qrupunun autsayderi hesab edilən “Nyukasl” məğlubiyyətlə PSJ liderliyi “sağsağanlar” buraxıb: “Nyukasl” 4 xalla 1-ci, PSJ 3 xalla 2-ci, “Milan” 2 xalla 3-cü, Dortmund “Borussiya”sı isə 1 xalla sonuncu yerdə qərarlaşıb.

Növbəti, 3-cü turda parislilər evdə İtaliya nəhəngi “Milan”ı qəbul edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: