Bu gün, iyunun 24-də futbol üzrə Argentina yığmasının və “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi 36 yaşını qeyd edir.
Arena.az xəbər verir ki, “Barselona”, PSJ, La Liqa və Liqa 1 argentinalı ulduzu doğum günü münasibətilə təbrik ediblər.
“Unikal. La Liqanın əfsanəsi Lionel Messi, doğum günün mübarək!” – İspaniya çempionatının rəsmi “Twitter” hesabında deyilir.
Xatırladaq ki, Messi bu yay PSJ-dən azad agent qismində ayrılaraq, MLS təmsilçisi “İnter Mayami”yə keçib. Buna qədər Messi bütün karyerası boyunca “Barselona”nın uğurları üçün çalışıb.


