Laporta: “Barselona” həmişə Messinin evi olacaq”

“Barselona”nın prezidenti Joan Laporta argentinalı ulduz hücumçu Lionel Messinin “İnter Mayami”yə keçidinə münasibət bildirib.

Arena.az “Mundo Deportivo”ya istinadən Laportanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Messi “Barsa”ya qayıtmaq istəyirdi. Parisdə onun çox çətin dövrü olub. Atası mənə dedi ki, o, belə bir təzyiq istəmir. Kataloniyalılar ona hörmət edirlər. Qoy Mayamidə uğur qazansın. “Barselona” həmişə onun evi olacaq. Mən onunla “Spotify Kamp Nou”nun açılış gününün hörmət əlamətimizi bildirmək üçün əla bir tarix olacağını müzakirə etdim. Bu, mənim prezident kimi qəbul etməli olduğum qərardır. “Barselona” hər şeydən önəmlidir. Mən Messini uşaqlıqdan tanıyıram. Bununla belə, klubu daha uca tutmalı oldum. Bu qərar məni kədərləndirdi”, deyə Laporta bildirib.

Xatırladaq ki, yay transfer pəncərəsində Messi PSJ-dən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: