Laporta Messi naminə bütün işlərini arxa plana keçirdi

Barselona”nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Lionel Messini komandaya qaytarmaq üçün bütün imkanlarını səfərbər edib.

Arena.az xəbər verir ki, bu barədə jurnalist İvan San Antonio özünün “Twitter” hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, klubun ilk planı komanda liderləri Qavi, Ronald Arauxo, Serxi Roberto və Markos Alonso ilə yeni müqavilələrin rəsmiləşdirilməsi, həmçinin Aleks Balde ilə müqavilənin uzadılması olub. Ancaq ötən hər gün “Barselona”nın 35 yaşlı argentinalı ulduzu geri qaytarmaq şanslarını azaldır. Bu amil Laportanı planlarını yenidən nəzərdən keçirməyə məcbur edib. İndi kataloniyalılar Messi ilə müqavilə imzalamaq üçün işə girişiblər. Klub başqa işlərini arxa plana keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: