“Las Palmas” da La Liqanı tərk etdi

İspaniya La Liqasının 36-cı turunun “Sevilya” ilə səfər oyunundakı 0:1 hesablı məğlubiyyət “Las Palmas” üçün xoşagəlməz olub.

Arena.az məlumat verir ki, məğlubiyyət nəticəsində bu komanda La Liqanı tərk edərək Sequndaya yuvarlanıb.

Buna “Alavesin” “Valensiya” üzərində ev qələbəsi də (1:0) rəvac verib.

Əlavə edək ki, Kanar adalarının təmsilçisi La Liqada ardıcıl dörd oyundur ki, məğlubiyyət yaşayırdı.

Xatırladaq ki, daha əvvəl “Valyadolid” La Liqadan Sequndaya yuvarlanmışdı.

26 turdan sonra La Liqanın “qapazaltıları” belə sıralanıblar:

  1. “Leqanes” – 34 xal;
  2. “Las Palmas” – 32 xal;
  3. “Valyadolid” – 16 xal.

“Leqanes” La Liqada qeydiyyatını saxlamağa ümidlidir. “Xiyarəkənlər” 17-ci pillədəki “Alaves”dən (38 xal) 4 xal geri qalsalar da, La Liqada qalmaq üçün riyazi imkanları və son ümidləri var.

İspaniya La Liqasına 35 oyundan 82 xalla “Barselona” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: