Latir Fall: “Nəticə qazanmaq üçün oynayırıq”

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in yeni transferi, yarımmüdafiəçi Latir Fall Gəncə klubuna keçidi haqda danışıb.

Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında məqsədlərindən söz açıb:

“Bura gəlmək, “Kəpəz”in bir parçası olmaq mənim üçün xoşdur. Gündən-günə komandaya uyğunlaşıram. Komanda olaraq inkişaf edirik. Kollektivdə yaxşı oyunçular var. Yerli və əcnəbi futbolçulardan qurulmuş heyətə sahibik. Məşqçilər korpusunun verdiyi məşqləri yerinə yetirməyə çalışırıq. Üzərimizə düşəni ən yaxşı şəkildə yerinə yetirməyə səy göstəririk. Hamımız məsuliyyətliyik. Məqsədimiz azarkeşlərə özümüzü ən yaxşı şəkildə göstərməkdir. Nəticə qazanmaq üçün oynayırıq. Azarkeşlərin oyunumu necə qiymətləndirdiklərini bilmirəm, amma sevildiyimi düşünürəm. Çünki azarkeşlər mənə isti münasibət göstərirlər”.

Xatırladaq ki, Latir Fall “Kəpəz”lə 1+1 illik müqaviləyə imza atıb. O, son olaraq Portuqaliyada “Eştrela Amadora” klubunda forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: