Leonardo Spinatsola “Napoli” ilə müqaviləsini yenilədi

“Napoli”nin 33 yaşlı italiyalı sol cinah müdafiəçisi Leonardo Spinatsola İtaliya klubu ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, yenilənmiş müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Müqavilə maliyyə tərfərrüatı ilə bağlı məlumat ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, Leonardo Spinatsola “Napoli”yə 2024-cü ilin yayında “Roma”dan azad agent kimi keçmişdi. 33 yaşlı sol cinah müdafiəçisi Neapol klubunun heyətində 72 matça çıxıb. O, bu oyunlarda 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Spinatsola karyerası ərzində “Atalanta”, “Peruca”, “Syena”, “Yuventus”, “Viçentsa”, “Empoli”, “Virtus Lansano”, “Roma” kimi klubların da formasını geyinib. O, 2017-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 27 matça çıxıb, 7 assist müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: