Leroy Mikels “Zirə”də – Rəsmi

Bu yay “Şamaxı”dan azad agent kimi ayrılmış almaniyalı futbolçu Leroy Mikels bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Almaniyalı futbolçu yeni klubuna azad agent kimi keçib.

Xatırladaq ki, Leroy Mikels 2024-cü ilin yayından “Şamaxı”da çıxış edirdi. O, əyalət təmsilçisinin heyətində 24 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Mikels karyerası ərzində Almaniyanın “Borussiya” (Mönhenqladbax), “Sankt Pauli”, “Allemaniya Aaxen”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhauzen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında da çıxış edib.

Onu da qeyd edək ki, Leroyun böyük qardaşı Coy-Lens Mikels uzun illərdir Azərbaycanda “Sabah”ın uğurları üçün çalışır. Coy-Lensin əkiz qardaşı Soy-Slayd Mikels də bu gün “Karvan”la müqavilə bağlayıb.

“Zirə” daha öncə Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov, Abdul Aziz Batibye, Vensan Till və Namiq Ələsgərovu da heyətinə qatmışdı. Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov, Hacıağa Hacılı və Georgi Papunaşvili ilə də yeni müqavilə imzalanıb. Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli, Yusuf Laval və Salifu Suma isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: