Lionel Messi çinli azarkeşlərə videomüraciət ünvanladı

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi Honkonq yığması ilə oyunda iştirak etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, Messi guya siyasi səbəblərə görə həmin oyunda iştirak etməməsi ilə bağlı ittiham edilir.

Son zamanlar Çin sosial şəbəkələrində argentinalı ulduzua qarşı çoxlu tənqidlər baş alıb gedir. Messi həmçinin Honkonqa və Çinə hörmətsizlikdə ittiham edilir.

Lionel Messi bütün bunlara bilmərrə son qoymaq qərarına gəlib:

“Honkonq yığması ilə oyunundan sonra çox şey oxudum və eşitdim. Mən bu videomüraciəti yazmaq və sizə əsl səbəbi təqdim etmək istədim ki, heç kim yalan hekayələri oxumağa davam etməsin.
Siyasi səbəblərə görə və bir çox başqa səbəblərə görə oynamaq istəmədiyimi dediklərini eşitmişəm, amma bu, tamamilə doğru deyil. Əgər belə olsaydı, dəfələrlə etdiyim kimi Yaponiyaya və ya Çinə belə, getməzdim. Karyeramın əvvəlindən Çinlə çox yaxın və xüsusi münasibətim olub. Mətbuat konfransında da dediyim kimi, mənim ötürücü əzələmdə iltihab vardı və Səudiyyə Ərəbistanında ilk oyunda oynaya bilmədim, bunu isə məhz o zaman hiss etdim.
İkinci oyunda azacıq oynamağa çalışdım, amma daha da pis oldu. Sonra Honkonqdakı oyundan bir gün əvvəl məşq etdim və məşqə baxmağa gəlmiş hər kəs üçün əlimdən gələni etdim.

Bir neçə gündən sonra özümü daha yaxşı hiss etdim və buna görə də qarşıdan gələn tədbirlərə hazırlaşmaq üçün Yaponiyada azacıq oynadım, çünki mənə oynamaq və yenidən formamı yığmaq gərək idi”, – “Daily Mail” nəşri Messinin “Weibo” sosial şəbəkəsində paylaşdığı videomüraciətinin mətnini təqdim edib.

Xatırladaq ki, “İnter Mayami”nin “Honkonq XI” yığması ilə yoldaşlıq oyunu zamanı yerli azarkeşlər meydana çıxmayan “Leo”nu, eləcə də ehtiyatda oturmuş uruqvaylı ulduz hücumçu Luis Suaresi fitə basmışdılar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: