Lionel Messi Kristiano Ronaldoya məxsus rekordu tərkarladı

Futbol üzrə Fransa çempionatının (Liqa 1) 31-ci turunun “Lans”la ev oyunu PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Arena.az xəbər verir ki, komandasının 3:1 hesablı qələbəyə sevindiyi bu matçda qollardan birini də argentinalı futbolçu vurub.

35 yaşlı forvard 40-cı dəqiqədə fərqlənməklə Paris təmsilçisinin bu matçdakı sonuncu qolunun müəllifi olub. Nəticədə argentinalı hücumçu “Böyük beşlik” ölkələrinin çempionatlarında 495-ci qolunu vurub.

Messi bu qol sayəsində hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxş edən Kristiano Ronaldoya məxsus rekordu təkrarlayıb. Portuqaliya yığmasının hücumçusu da vaxtilə Top-5 liqalarda 495 qola imza atmışdı. Hazırda Ronaldonun Avropada çıxış etmədiyini nəzərə alsaq, növbəti qol Messini mütləq rekordçuya çevirəcək.

Qeyd edək ki, Messi 495 qolu 572 matçda rəqib qapılarından keçirib. 36 yaşlı forvard bu qollardan 103-ünü penalti zərbəsindən vurub. Ronaldo isə 495 qola 626 çempionat görüşündə imza atıb. Portuqaliyalı futbolçu bunların 148-ni 11 metrlik cərimə zərbəsindən vurub.

Messi indiyə qədər sadəcə iki klubun formasını geyinib. O, PSJ-dən öncə uzun illər İspaniyanın “Barselona” komandasının uğurları üçün çalışıb.

Kristiano Ronaldo isə vaxtilə İspaniyanın “Real”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” klublarının formasını tərlədib. 38 yaşlı futbolçu 2022-ci ilin dekabrından “Əl-Nəsr” klubunun formasını geyinir. Təcrübəli oyunçu bu komandanın heyətində meydana çıxdığı 12 oyunda 11 qola imza atıb.

Lionel Messi də 2021-ci ilin avqustundan PSJ-də forma geyinir. O, Fransa nəhəngində bu günə qədər 69 oyuna çıxıb və 31 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: