Lionel Messi Fransanın PSJ klubunun prezidentinin ona verdiyi xatirə hədiyyəsini komanda yoldaşı Neymara verib.
Arena.az bu barədə “Footmercato”ya istinadən xəbər verir.
Məlumatda deyilir ki, iyunun əvvəlində, 2022-ci ildə Qətərdə dünya çempionu olan Messi PSJ-nin prezidenti Nasser Əl-Xelaifi tərəfindən xatirə mükafatı alıb. Messi qəniməti “Barselona” və PSJ-dəki komanda yoldaşı Neymara verərək, özü üçün saxlamamaq qərarına gəlib.
Öz növbəsində Neymar mükafatı özünün, imkansız ailələrdən olan uşaqlara yardım fondunun xeyrinə şəxsən təşkil etdiyi hərraca çıxararaq satıb. Braziliyalı yayımçı Casimiro lotu əldə etmək üçün təxminən 158 min avro ödəyib.
Xatırladaq ki, Lionel Messi 2022/2023 mövsümünün bitməsilə azad agent qismində PSJ-dən ayrılaraq, MLS təmsilçisi “İnter Mayami”yə keçib.


