“İnter Mayami”nin argentinalı superulduzu, hücumçu Lionel Messi 2023-cü ildə sponsorların ən çox ehtiyac duyduğu idmançıdır.
Arena.az bu barədə “SportsPro” dərgisinə istinadən məlumat verir.
2-ci yeri yeri “Los-Anceles Leykers”in kiçik hücumçusu Lebron Ceyms tutub.
3-cü yerdə isə ABŞ yığmasının hücumçusu Aleks Morqan qərarlaşıb.
İlk onluqda həmçinin ABŞ yığmasının qadın futbolçusu Meqan Rapino və PSJ-nin fransalı hücumçusu Kilian Mbappe yer alıb.
Vurğulayaq ki, “Əl-Nəsr”in portuqal superulduzu, hücumçu Kristiano Ronaldo ötən il bu siyahıya başçılıq etsə də, bu dəfə nə ilk onluğa, nə də ilk iyirmiliyə düşə bilib. “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland da ilk onluğa və ilk iyirmiliyə düşə bilməyib. Müvafiq siyahıda Ronaldo 27-ci, Haland isə 33-cü yeri tutub.
İlk onluğu diqqətinizə çatdırırıq:
- Lionel Messi, futbol, 36 yaş;
- Lebron Ceyms, basketbol, 38 yaş;
- Aleks Morqan, futbol, 34 yaş;
- Yannis Adetokunbo, basketbol, 28 yaş;
- Meqan Rapino, futbol, 38 yaş;
- Mikaela Şiffrin, dağ-xizək idmanı, 28 yaş;
- Lyuis Hemilton, avtoidman, 38 yaş;
- Simona Baylz, idman gimnastikası, 26 yaş;
- Kilian Mbappe, futbol, 24 yaş;
- Maks Ferstappen, avtoidman, 26 yaş.


