ABŞ MLS müntəzəm çempionatı çərçivəsində “Nyu-York Red Bullz” evdə, Harrisondakı “Red Bull Arena”da “İnter Mayami”ni qəbul edib.
Arena.az məlumat verir ki, oyun meydan sahiblərinin argentinalı superulduz Lionel Messinin “İnter Mayami”si üzərində 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Şotlandiyalı yarımmüdafiəçi Lyuis Morqan “Red Bullz”un heyətində het-trikə imza atıb. Daha bir qolu Vikelman Karmona vurub. Qonaqların “cəlladı” isə “öküzlər”in bütün qollarında məhsuldar ötürmələrin müəllifi olmuş belçikalı hücumçu Dante Vanzeyr olub.
Vurğulayaq ki, “vağlar”ın argentinalı hücumçusu Lionel Messi bud nahiyəsindən zədələnərək ardıcıl ikinci oyunu buraxıb. “Leo”nun komanda yoldaşları Serxio Buskets, Luis Suares və Jordi Alba əsas heyətdə meydana çıxsalar da, göründüyü kimi, “öküzlər” tərfindən “buynuzlanıblar”.
“İnter Mayami” MLS-in yarış cədvəlində 6 oyundan 10 xalla 2-ci pillədə qərarlaşıb.