Lionel Skaloni: “Messinin gedişi hamı üçün çox kədərli olacaq”

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni komandasının ulduz hücumçusu Lionel Messi haqda danışıb.

Arena.az Argentina yığmasının rəsmi “Twitter” hesabına istinadən Skaloninin bu xüsusda sözlərini diqqətinizə çatdırır:

“Mahiyyətcə, Messi hələ də milli komandadadır və bundan sonra nə olacağını düşünməməlisən. Biz, futbol dünyasının insanları onun əbədi oynamasını istəyirik. Nə vaxtsa o, gedəcək və bu, hamı üçün çox kədərli bir gün olacaq”.

Xatırladaq ki, daha əvvəl Messi 2026-cı il dünya çempionatında oynamağın onun üçün çətin olacağını demişdi. Turnir ABŞ, Kanada və Meksikanın müştərək təşkilatçılığı ilə keçiriləcək.

Messi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Argentina yığmasının heyətində dünya çempionu adını qazanmaqla yanaşı, turnirin ən yaxşı futbolçusu seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: