İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Liam Milları satıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını “Bazel”də davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Millar İsveçrə təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
“Bazel” yarımmüdafiəçi üçün Mersisayd klubuna 1,5 milyon avro ödəyib.
Kanada milli komandasının da üzvü olan Liam Millar “Liverpul”un əsas komandasının heyətində cəmi bir oyuna çıxıb.


