Luis Diasın atası kimlərin qaçırdığı rəsmən açıqlandı

Kolumbiya hökuməti “Liverpul”un futbolçusu Luis Diasın atasının Milli Azadlıq Ordusuna (ELN) aid dəstə tərəfindən qaçırıldığını bildirib.

Arena.az Kolumbiya hökumətinin Milli Azadlıq Ordusu ilə danışıqlar qrupunun rəhbəri Otti Patinyonun bu barədə müvafiq məlumatını təqdim edir:

“Bu gün rəsmi olaraq öyrəndik ki, futbolçu Luis Fernando Dias Marulandanın atası Luis Manuel Dias və anası Silenis Marulanda oktyabrın 28-də La-Quaxira departamentinin Barrankas şəhərində ELN-ə məxsus qrup tərəfindən oğurlanıb. Xanım Marulanda bir neçə saat sonra azad ediləsə də, oyunçunun atası artıq 5 gündür ki, azadlıqdan məhrumdur”, – Otti Patinyo təşkilatın “X” sosial şəbəkəsi səhifəsində dərc edilmiş bəyanatında bildirib.

Bəyanatda həmçinin deyilir ki, hökumətin ELN ilə sülh danışıqları aparan nümayəndələri ata Diasın dərhal azad edilməsini tələb ediblər.

Xatırladaq ki, ötən həftənin sonunda Diasın valideynlərinin Kolumbiyada qaçırıldığı məlum olub. Futbolçunun anası xüsusi xilasetmə əməliyyatı nəticəsində tapılıb azad edilsə də, futbolçunun atasının axtarışları bu günə qədər davam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: