Luis Enrike: “Kilian Mbappe heç vaxt müdafiə olunmur”

PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin fransalı keçmiş hücumçusu, hazırda “Real”da çıxış edən Kilian Mbappe haqda danışıb.

Arena.az AS dərgisinə istinadən, ispan mütəxəssisin fransalı ulduz hücumçu haqda fikrini təqdim edir:

“Mbappe heç vaxt müdafiə olunmur. Ona çətindir, amma o, 25 qol vurur və 15 məhsuldar ötürmə verir. Biz isə sistemi onun qabiliyyətlərinə müvafiq uyğunlaşdırmalıyıq”, deyə Enrike bildirib.

Vurğulayaq ki, Luis Enrikenin Mbappe haqqında bu sözləri, ispan mütəxəssisin karyerası və bəzi oyunçularla münasibətləri haqqında söhbət açdığı sənədli telesilsilədə istifadə edilib. Bu sözləri ispan mütəxəssis hələ fransalı ulduzu çalışdırdığı vaxt dilə gətirib.

Telesilsilənin ilk təqdimatı sentyabrın 30-na nəzərdə tutulub.

Luis Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kilian Mbappe ötən mövsümün bitməsi ilə PSJ-dən azad agent olaraq ayrılıb, cari ilin iyulunda isə “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: