Luis Enrike Kilian Mbappenin tezliklə satılmasını istəyir

Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin ulduz hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı qərarını verib.

Arena.az bu barədə “El Debate”yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, baş məşqçi Mbappenin 2024-cü ilin yayında başa çatacaq müqaviləsini yeniləməyəcəyi təqdirdə cari yay transfer pəncərəsində satılmasının tərəfdarıdır.

İspan mütəxəssis ulduz hücumçunun satışından əldə ediləcək gəlirə “Yuventus”un hücumçusu Duşan Vlahoviçi və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək istəyir. Mbappenin PSJ-də qalmayacağı halda, baş məşqçi ulduz futbolçunu Yaponiya turnesinə aparmaqda məna görmür. Bununla belə, PSJ yalnız Mbappenin qarşıdakı üç yoldaşlıq oyununda ən azı bir hissədə meydana çıxacağı təqdirdə, 22 milyon avro qazanacaq.

Luis Enrike Mbappe ilə bağlı vəziyyətin mümkün qədər tez həll olunmasını istəyir. İspan mütəxəssisin strateji planı tez bir zamanda öz komandasını toplamaq və kollektivi inkişaf etdirməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: