PSJ-nin baş məşqçisi Luis Enrike keçmiş hücumçusu Kilian Mbappenin “Real”a keçidindən sonra Paris komandasının çıxışını qiymətləndirib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Biz ötən mövsümlə müqayisədə daha çox qol vurmuşuq, daha çox oyunçumuz isə məhsuldar ötürmələr verib. Bizim göstəricilərimiz müstəsnadır. Buna müvəffəq olmaq üçün, oyunçularımıza ən yaxşı vəziyyətdə olan oyunçumuza topu çatdırmaları gərəkdir.
Bir çox oyunçularım qollar vurublar və ya məhsuldar ötürmələr veriblər, mən isə bir oyunçudan asılı olmadığıma şadam. Ötən il də biz əsl komanda idik. Mən, komandanı daha da təkmilləşdirməyə müvəffəq olacağımızı demişdim”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, PSJ cari mövsümdə Fransa Super Kubokunu və Fransa Liqa 1-i qazanıb. Paris klubu həmçinin Fransa Kubokunun və Çempionlar Liqasının finalına yüksəlib. Frsansa nəhəngini müvafiq oalraq “Reyms” və “İnter”lə həlledici oyunlar gözləyir. Mayın 24-də PSJ “Reyms”lə qarşılaşacaq, mayın 31-də isə parislilər Münhenin “Arena Münhen” stadionunda İtaliya nəhəngi “İnter”lə qitənin ən mötəbər klub yarışını qazanmaq uğrunda mübarizəyə atılacaqlar.


