Luka Modriç: “Gələcəyim haqda bu gün susacağam”

Madrid “Real”ının və Xorvatiya yığma komandasının yarımmüdafiəçisi Luka Modriç gələcəyi ilə bağlı danışıb.

Arena.az “Marca”ya istinadən Modriçin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

”Gələcəyimlə bağlı dəqiq qərar verdim, amma bu gün bu barədə heç nə deməyəcəyəm”.

Daha əvvəl 37 yaşlı futbolçuya ərəb klublarından çoxlu təkliflər gəldiyi haqda məlumat verilmişdi. Bundan əlavə, Modriçin UEFA Millətlər Liqasının final oyunundan sonra yığmadakı karyerasını başa vura biləcəyi ilə bağlı məlumatlar da var idi.

Xatırladaq ki, Xorvatiya yığması UEFA Millətlər Liqasının finalında İspaniya yığmasına əsas və əlavə vaxtı “quru” hesabla başa çatmış oyunda penaltilərlə 4:5 hesabı ilə məğlub olaraq gümüş mükafatla kifayətlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: