Luka Zidan “Leqanes”də!

İspaniyanın “Qranada” komandasının əlcəzairli qapıçısı, ötənlərin məşhur futbolçusu Zinədin Zidanın oğlu Luka Zidan özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, o, bundan sonra “Leqanes”in uğurları üçün çalışacaq.

Bu barədə “Leqanes”in mətbuat xidməti məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, “Qranada” ötən gün Zidanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi. 28 yaşlı qolkiperin müqaviləsinin ləğvi onun başqa kluba keçidini asanlaşdırmaq məqsədi daşıyırdı.

Əfsanəvi futbolçu Zinədin Zidanın oğlu əvvəllər Fransanın gənclər komandalarında çıxış edib. O, 2025-ci ildə ata tərəfdən nənə-babasının vətəni olan Əlcəzairin şərəfini qorumaq qərarına gələrək vətəndaşlığını dəyişib.

Luka Zidan 2024-cü ilin yayından “Qranada”da çıxış edirdi. 28 yaşlı qolkiper bu komandanın heyətində meydana çıxdığı 45 oyunda 57 top buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Luka “Eybar”, “Real”, “Kastilya”, “Rasinq”, “Rayo Valyekano” kimi komandalarda da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: