“Mançester Siti” Kevin De Bröynenin şərəfinə mozaika açdı

Məlum olduğu kimi, 33 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçi Kevin De Bröyne cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.

Arena.az məlumat verir ki, İngiltərə klubunun idarə heyətinin sədri Xaldun Əl-Mübarək “şəhərlilər”in kapitanına həsr edilmiş mozaikanı açıb.

Həmçinin Mançester təmsilçisinin akademiyasına aparan yol Kevin De Bröyenin şərəfinə adlandırılıb.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Bröyne Mançester klubu üçün bütün yarışlarda 39 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 421 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: