“Börnli” “Mançester Siti”nin və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət yığmasının qapıçısı Ceyms Traffordla anlaşmağa yaxındır.
Arena.az bu barədə italyan-jurnalist insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, danışıqlar yekun mərhələdədir və tezliklə başa çatdırılması gözlənilir. “Börnli” gənc qapıçı üçün 16 milyon avro və üstəlik bonuslar ödəyəcək. Bütün lazımi sənədlər demək olar ki, hazırdır. Futbolçunun özünün də transferdə maraqlı olduğu vurğulanır.
2022/2023 mövsümündə 20 yaşlı Trafford “Bolton”da icarə əsasında çıxış edib və komandasının heyətində 52 oyuna çıxıb, 38 qol buraxıb, 26 oyundan “quru” çıxıb.
Traffordun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Ceyms Traffordu 2,5 milyon avro məbləğində qiymətləndirir.


