“Mançester Yunayted” Mauntla bağlı “Çelsi” ilə razılaşdı

Futbol üzrə İngiltərə millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt yaxın vaxtlarda “Mançester Yunayted”ə keçəcək.

Arena.az bu barədə italyan jurnalist insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “zadəganlar”ın nümayəndələri 24 yaşlı futbolçu üçün “qırmızı şeytanlar”ın son təklifini qəbul ediblər. Transfer məbləği 69 milyon avro olacaq.

2022/2023 mövsümündə Maunt “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib. O, bu komanda ilə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, klublararası dünya çempionatını qazanıb. Mauntun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyunun sonunda başa çatacaq.

“Transfermarkt” internet-portalı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın hücumçu Meyson Qrinvudla ayrılmaq istəmədiyi barədə məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: