Marsel “Olimpik”i “Barselona”nın iki müdafiəçisini istəyir

Marsel “Olimpik”i İspaniya çempionu “Barselona”nın iki müdafiəçisindən birini transfer etməyi planlaşdırır.

Arena.az bu barədə “Sport.es” portalına istinadən məlumat verir.

Fransız klubu komandanın müdafiə xəttini gücləndirmək məqasədilə Kataloniya nəhənginin iki mərkəz müdafiəçisi – Kleman Lanqle və Erik Qarsiya ilə maraqlanır.

Mənbənin məlumatına görə, yaxınlarda klublar danışıqlara başlayıblar. “Barselona” Lanqlenin satışından ən azı 15 milyon avro qazanmaq niyyətindədir. Qarsiya məsələsində isə kataloniyalılar tam transferdənsə, müdafiəçinin icarəyə göndərilməsində maraqlıdırlar.

Lanqle geridə qalmış 2022/2023 mövsümünü icarə əsasında “Tottenhem”də keçirib. Fransız müdafiəçi “mahmızlar”ın heyətində 35 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Erik Qarsiya isə ötən mövsümü “Barselona”da keçirib. İspan müdafiəçsi kataloniyalıların heyətində 32 oyuna oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı Kleman Lanqleni və 22 yaşlı Erik Qarsiyanı – hər birini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: