Maykl Karrik “Sabah”a qalib gəldikləri oyunu şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasında “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə nəhəngi ÇL-in Liqa mərhələsinin 1-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı Azərbaycan çempionunu 4:0 hesabıyla məğlub edib.

Maykl Karrik oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bir qədər şablon səslənə bilər. Əlbəttə, bizim üçün əsas məqsədlərdən biri oyunu qazanmaq idi. Qarşılaşmada çoxlu müsbət məqamlar oldu. Xüsusilə hücumdakı bəzi kombinasiyalarımız və hərəkətlərimiz çox yaxşı alındı. Oynadığımız futbolun bir sıra epizodları həqiqətən də yüksək səviyyədə idi. Keçidlər zamanı rəqib üçün ciddi təhlükə yaradırdıq və ümumilikdə qarşılaşmanın böyük hissəsində müdafiədə də yaxşı çıxış etdik”.

Maykl Karrik “Sabah”ın yaxşı rəqib olduğunu vurğulayıb:

“Rəqibə də böyük hörmət göstərmək lazımdır. “Sabah” mübarizə aparmaq üçün çətin komandadır. Onlar qısa ötürmələrlə bir-biri ilə yaxşı əlaqə quraraq oynayırlar və topu geri qazanmaq üçün rəqibi daim yüksək tempdə işləməyə məcbur edirlər. Əslində, hesab baxımından oyunun rahat keçdiyi təəssüratı yarana bilər. Lakin qarşılaşma heç də bütünlüklə rahat alınmadı. Buna baxmayaraq, düşünürəm ki, bu axşam çox yaxşı mübarizə apardıq və nəticədə layiqli qələbə qazandıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: