Mbappe: “Messi Fransada layiq olduğu hörməti görmədi”

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını “İnter Mayami”də davam etdirəcək sabiq komanda yoldaşı Lionel Messi haqda danışıb.

Arena.az jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən Messinin sözlərini diqqətinzə çatdırır:

“O, futbol tarixinin ən böyük oyunçularından biridir. Messi kimi futbolçunun gedişində yaxşı heç nə yoxdur. Mən başa düşə bilmirəm ki, nədən bu qədər insan onun gedişini belə rahatlıqla qarşıladı. Fransada o, layiq olduğu hörməti görmədi”.

Lionel Messi PSJ-yə “Barselona”dan keçib və son iki mövsümdə parislilərin heyətində çıxış edib. 34 yaşlı argentinalı Paris komandası ilə iki dəfə Fransa çempionluğunu və bir dəfə ölkə super kubokunu qazanıb. Messi PSJ-ni mövsümün bitməsilə azad agent qisminə tərk edərək MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: