Kilian Mbappe dünya çempionatlarının pley-offunda ən çox məhsuldar hərəkət edən futbolçular siyahısında Lionel Messinin rekorduna şərik olub.
Arena.az xəbər verir ki, Fransa millisinin 27 yaşlı forvardı DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvaya qarşı keçirilən oyunda penaltidən vurduğu qolla mundialların pley-off mərhələsindəki məhsuldar hərəkətlərinin sayını 12-yə çatdırıb.
Beləliklə, Mbappenin hesabında dünya çempionatlarının pley-off oyunlarında 11 qol və 1 məhsuldar ötürmə var. O, bu göstəriciyə cəmi 10 oyunda nail olub.
Bu nəticə ilə fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messinin rekordunu təkrarlayıb. Messi mundialların pley-off mərhələsində keçirdiyi 13 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edərək ümumilikdə 12 məhsuldar hərəkətə imza atıb.
Qeyd edək ki, Mbappe DÇ-2026-da əla çıxışını davam etdirir. O, artıq turnirdə 7 qol vurub və həm bombardirlik yarışında, həm də dünya çempionatları tarixinin ən məhsuldar futbolçuları sırasında Lionel Messi ilə rəqabətini davam etdirir. Fransa millisi 1/4 finalda Mərakeş yığması ilə qarşılaşacaq və Mbappenin rekordu təkbaşına ələ keçirmək imkanı olacaq.


