PSJ-nin ulduz hücumçusu Kilian Mbappe sabiq komanda yoldaşı, argentinalı ulduz Lionel Messini doğum günü münasibətilə təbrik edib.
Arena.az Mbappenin sosial şəbəkə hesabında yazdığı təbrikini diqqətinizə çatdırır:
“Doğum günün mübarək, əfsanə! Sənə, ailənə və dostlarına ən yaxşısını arzulayıram. Parisdəki bu iki müştərək il üçün sənə təşəkkür edirəm. Bir oyunçu, tərəfdaş, rəqib və insan kimi səndən çox şey öyrənmişəm və buna görə minnətdaram. Yeni nailiyyətlərində uğurlar!”
Xatırladaq ki, bu gün, iyunun 24-də Messi 36 yaşını qeyd edir.
Messi PSJ-yə 2021-ci ildə azad agent qismində “Barselona”dan keçib. Paris nəhənginin heyətində Messi iki dəfə Fransa çempionluğunu və superkubokunu qazanıb.
2022/2023 mövsümünün bitməsilə Messi PSJ-dən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.


