Mbappe Parisə gəlmiş “Əl-Hilal” təmsilçiləri ilə görüşdən imtina etdi

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe “Əl-Hilal”ın Parisə gəlmiş nümayəndə heyəti ilə görüşməkdən imtina edib.

Arena.az bu barədə “L’Equipe”ə istindən məlumat verir.

Mənbənin məlumatına görə, “Əl-Hilal”ın nümayəndə heyəti fransalı hücumçu ilə mümkün keçidin təfərrüatını müzakirə etmək üçün Parisə gəlib. Lakin tərəflər arasında görüş baş tutmayıb. Mbappenin heç vaxt Səudiyyə Ərəbistanı çempionatına keçmək variantı üzərində ciddi düşünmədiyi, bu keçiddə maraqlı olmadığı haqda məlumat yayılıb.

Xatırladaq ki, daha əvvəl PSJ rəhbərliyi Mbappeni klubun Yaponiyada mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcək heyətindən xaric etmişdi. Paris klubunun rəhbərliyi bu addımını ulduz futbolçunun “Real”la gizli razılaşma əldə etməsinə əmin olduğu üçün atdığını əsaslandırmışdı. Mətbuatın yazdığına görə Mbappe dərhal satışa çıxarılıb. Həmçinin Paris nəhənginin komandanın bir daha Mbappenin iştirakı ilə oyun keçirməmək tədbiri üzərində düşündüyü və müqaviləsini uzatmadan komandada qalacağı halda, Mbappeni qarşıdakı mövsümdə Çempionlar Liqasının iştirak ərizəsinə salmayacağı bildirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: