Mbappe “Real”a qoşulduqdan sonra klub almağa hazırlaşır

Fransa yığmasının kapitanı Kilian Mbappe və ailəsi ulduz hücumçunun “Real”a keçidindən sonra “Kan” futbol klubunu almaqda maraqlıdır.

Arena.az məlumat verir ki, bu barədə “After Foot” proqramı zamanı jurnalist Daniel Riolo “RMC Sport” dərgisi üçün xüsusi olacaq açıqlayıb:

“Mbappe ailəsi klubu almaq prosesindədir. Onlar amerikan şirkəti kimi, öz sərvətlərini şişirtmək istəyirlər”, deyə Riolo bildirib.

Əlavə edək ki, Kilian uşaqlıqda “Kan” akademiyasında məşğul olub. Bu fransız klubu ardıcıl 6-cı mövsümdür Fransa Liqa 2-də “çürüyür”.

Xatırladaq ki, artıq Mbappe müqaviləyə əsasən rəsmən “Real”ın oyunçusudur. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro məbləğində olacağı, vuracağı qollara görə isə əlavə üstəliklər alacağı barədə məlumat yayılıb. Mbappenin müqaviləsinə 1 milyard avro məbləğində təzminat maddəsi də daxildir.

Vurğulayaq ki, futbol klublarının fəaliyyətdə olan, vətənindən kənarda çıxış edən əcnəbi ulduz futbolçular tərəfindən satın alınması geniş yayılmış bir təcrübədir. Adətən bu yolla vergi güzəştlərinə nail olunur və maliyyə hesabatlarında müəyyən faiz udulur. Bir neçə ildən sonra isə klub satışa çıxarılaraq, alındığından daha baha qiymətə satılır və futbolçu yatırdığı sərmayəni artıqlaması ilə götürmüş olur. Bu, məsələnin şəffaf mənzərəsidir. Qara-qura “haqq-hesaba” gəlincə, klubun satınalınması vergilərdən yayınma, çırkli pulların yuyulması və s. iyrəncliklərə də xidmət edə bilər ki, buna da futbol tarixində xeyli nümunə var.

Xəbəri sosial şəbəkələrdə paylaş: