PSJ-nin ulduz hücumçusu Kilian Mbappe 2024-cü ildə Madrid “Real”ına keçəcəyi ilə bağlı artıq “Kral klubu” ilə razılığa gəlib.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Paris klubunun düşərgəsində ulduz hücumçunun 2024-cü ilin yayında azad agent qismində “Real”a keçidini “Kral klubu”nun rəhbərliyi ilə razılaşdığına artıq tam əmindirlər.
Eyni zamanda mənbə iddia edir ki, PSJ rəhbərliyinin iyulun 15-ə qədər Mbappedən yeni müqavilə imzalaması və ya dərhal klubdan getməsi ilə bağlı yekun cavab tələb etməsi haqda məlumatlar tamamilə yanlışdır.
Mbappe PSJ-nin mövsümöncəsi turundan kənarlaşdırılıb, həmçinin satışa çıxarılıb. Hazırda PSJ ulduz futbolçusunun dərhal satışında maraqlıdır.
Daha əvvəl PSJ rəhbərliyinin Mbappeni klubun Yaponiyadakı təlim-məşq toplanışına aparmamaq qərarını verdiyi haqda məlumat yayılmışdı.


