Mbappenin həyat tərzi kəskin tənqid olundu

İtaliyan jurnalist Daniel Riolo PSJ və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappenin həyat tərzini kəskin tənqid edib.

Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Çərşənbə günü, oktyabrın 4-də Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə PSJ “Nyukasl”a gözlənilmədən böyük hesabla məğlub olub – 1:4. Mbappe rəqib qapısına cəmi-cümlətanı bircə zərbə endirib, bir dəfə uğursuz driblinq yerinə yetirib və topa 51 toxunuş edib.

Jurnalist Riolo bu mənzərəyə kəskin tənqidlə cavab verib:

“Mbappenin keçən il Neymara ünvanladığı məşhur ifadəni xatırlayıram: “Yaxşı qidalanmaq, yaxşı yatmaq gərəkdir”.
Müvəqqəti cəza səbəbindən Kilian yeni mövsümə bərbad hazırlıq keçirib. Çox zəif hazırlaşanda, meydanda daha az iş əlindən gəlir.
Mbappenin lider olduğu nəsə varsa, o da Parisdəki ən pozğun axşam məclisləridir. Ətrafındakı hər kəs onun “ad-sanı”ndan danışır… O, çox ehtiyatlı olmalıdır, çünki o, bu həyat tərzinin nəticələrini çox gözləməli olmayacaq”, deyə Riolo müvafiq həyat tərzinin nəyə gətirib çıxaracağına işarə vurub.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində 8 oyun keçirib, 8 qol vurub.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: