Mbappenin qardaşı ÇL matçında meydandan qovuldu

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin ilk turu Kilian Mbappenin kiçik qardaşı İtan Mbappe üçün uğursuz alınıb.

Arena.az xəbər verir ki, Fransanın “Lill” klubunun formasını geyinən futbolçu “Betis”lə Çempionlar Liqasının Liqa mərhələsinin ev oyununda rəqibinə dirsəklə zərbə vurduğu üçün meydandan qovulub.

19 yaşlı vinger 56-cı dəqiqədə braziliyalı müdafiəçi Natana dirsəklə zərbə endirdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Hakim videoassistentin müdaxiləsindən sonra futbolçunu meydandan qovmaq qərarına gəlib.

İtan Mbappe PSJ-nin yetirməsidir və 2024-cü ilin yayından “Lill”də çıxış edir. O, Fransa millisinin kapitanı, dünya çempionatları tarixində ən məhsuldar futbolçu və İspaniyanın “Real” klubunun hücumçusu Kilian Mbappenin kiçik qardaşıdır.

İtan Mbappenin qırmızı vərəqə aldığı anda “Lill” “Betis”ə 2:3 hesabı ilə uduzurdu. Fransa klubu ilk hissəni isə 2:1 hesabı ilə öndə başa vurmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: