Mbappenin sahibi olduğu “Kan” üçüncü diviziona yuvarlandı

Fransa Liqa 2-nin “Martiq”lə 31-ci tur ev oyununda 0:3 hesablı məğlubiyyət “Kan” üçün xoşagəlməz nəticəyə səbəb olub.

Arena.az xəbər verir ki, bu məğlubiyyət nəticəsində “vikinqlər” Fransanın futbol üzrə üçüncü divizionu Nasyonala yuvarlanıblar.

31 oyunda 21 xalla “Kan” yarış cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.

Vurğulayaq ki, “Kan” 1983-cü ildən bəri ilk dəfə olaraq Nasyonala düşüb.

Xatırladaq ki, ötən yay “Real”ın 26 yaşlı fransalı ulduz hücumçusu Kilian Mbappe 20 milyon avro məbləğində xərc çəkərək, “Kan”ın səhm payının 80%-nə sahib olmuşdu. Göründüyü kimi, Mbappenin əli “vikinqlər”ə düşərli olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: